Tibb

06 Noyabr

Zirvə heç də sürpriz olmadı: smartfon bazarının amiral gəmisi məlum olub!

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Smartfonları müəyyən standartlara uyğun sınaqdan keçirərək sıralayan AnTuTu bu yaxınlarda oktyabr ayının ən sürətli flaqman modellərinin siyahısını paylaşıb. Beləliklə, hazırda mobil bazarda ən güclü Android smartfonları hansılardır?

AnTuTu ən sürətli flaqman Android telefonlarının siyahısını paylaşdı
AnTuTu-nun Oktyabr siyahısına baxdığımızda ən sürətli Android smartfonunun Xiaomi 14 olduğunu söyləyə bilərik. Eyni ailədən olan Xiaomi 14 Pro siyahıda ikinci, OnePlus Ace 2 Pro isə üçüncü yerdədir.

Ən sürətli flaqman telefonlar siyahısında dördüncü yeri iQOO 11S tutur. Beşinci yerdə iQOO 11S Pro qərarlaşıb. Qeyd etmək istərdik ki, bu siyahı Çin bazarını əhatə edir və qlobal məlumat önümüzdəki həftələrdə paylaşılacaq.

Oktyabr ayının ən sürətli 10 Android telefonunu təqdim edirik:

Xiaomi 14 – 1 milyon 997 min 427 bal
Xiaomi 14 Pro – 1 milyon 985 14 bal
OnePlus Ace 2 Pro – 1 milyon 663 min 507 bal
iQOO 11S – 1 milyon 650 min 842 bal
iQOO 11 Pro – 1 milyon 633 min 169 bal
Vivo X90 Pro+ – 1 milyon 624 min 675 bal
Realme GT5 240W – 1 milyon 621 min 188 bal
Oppo Find X6 Pro – 1 milyon 591 min 832 bal
OnePlus 11 – 1 milyon 585 min 699 bal
Red Magic 8 Pro – 1 milyon 580 min 564 bal

Murad Abdullayev
Fins.az