Tibb

11 Noyabr

“Google” milyonlarla smartfonda “Chrome” brauzerini məhdudlaşdıracaq

Fins.az xəbər verir ki, stabil versiyası 6 dekabr 2023-cü ildə buraxılacaq “Google Chrome 120” “Android 7 Nougat” əməliyyat sistemi (ƏS) ilə işləyən cihazları dəstəkləməyəcək.

Beləliklə, “Google Chrome”un 119-cu versiyası “Android 7 Nougat” üçün sonuncu olacaq. Bu ƏS ilə bütün Android istifadəçilərinin təxminən 2,6%, yəni təxminən 78 milyon cihaz işləyir.

Demək olar ki, bir il əvvəl “Android 6 Marshmallow” oxşar halla üzləşmişdi. “Google”un ƏS-nin bu versiyası üçün brauzerin son versiyası “Chrome106” olub.

“Android Nougat” kimi də tanınan “Android 7.0” 2016-cı ildə orijinal “Google Pixel” smartfonu ilə meydana gəldi. Bu, “Google”un təkcə proqram təminatı bazarında deyil, həm də aparat təminatı sahəsində möhkəmlənmək istəyində dönüş nöqtəsi oldu”, - deyə məlumatda bildirilir.

Öz növbəsində, “Android 6 Marshmallow” 2015-ci ildə işıq üzü görüb.