Tibb

11 Noyabr

Maskdan xAI texnologiyasında yeni addım!

X sosial media platformasındakı yazısında Mask, xAI-nin seçilmiş qrupa "ilk süni intellektini" təqdim edəcəyini bildirib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, sözügedən şirkətin texnologiyası ilə əlaqədar Mask, "Bəzi vacib aspektlərdə bu, hazırda mövcud olan ən yaxşısıdır" deyib.

Maskın yeni süni intellekt şirkəti xAI iyul ayında təsis edilib.

Şirkətin internet saytında verilən açıqlamada qeyd olunub ki, xAI-nın məqsədi “kainatın əsl mahiyyətini anlamaqdır”.

Açıqlamada, xAI komandasının Tesla və SpaceX-in baş direktoru Mask tərəfindən idarə edildiyi və komanda üzvlərinin əvvəllər DeepMind, OpenAI, Google Research, Microsoft Research, Tesla və Toronto Universitetində çalışdıqları bildirilib.

Açıqlamada, komandanın süni intellekt sahəsində ən çox istifadə edilən üsullardan bəzilərinə töhfə verdiyi, yenilikçi texnika və təhlillər təqdim etdiyi və bu sahədə ən böyük ixtiraların inkişafına öncülük etdiyi bildirilib.

Günel Məlikzadə
Fins.az