Tibb

11 Noyabr

Apple-ın baş direktoru:"Biz məhsuldar süni intellekt üzərində işləyirik"

ABŞ-ın texnologiya nəhəngi Apple-ın baş direktoru Tim Kuk, "süni intellekt olmadan mümkün olmayacaq " texnoloji inkişaflara diqqət çəkib .

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Tim Kuk şirkətin süni intellektə böyük sərmayələr qoyduğunu və generativ süni intellektin də daxil olduğu yeni məhsul inkişafları üzərində işlədiyini açıqlayıb.

" Əgər siz süni intellekt və maşın öyrənməsi ilə nə etdiyimizə və onlardan necə istifadə etdiyimizə baxsanız, bunlar inkişaf etdirdiyimiz hər bir məhsulun ayrılmaz hissəsi olan əsas texnologiyalar olduğunu görərsiniz. Xüsusilə iOS 17, Personal kimi son məhsullarda Səsli və Canlı Səsli poçt proqramları süni intellektə əsaslanıb" Tim Kuk deyib.

Yenə süni intellektə əsaslanan tətbiqlərdən nümunələr verən Tim Kuk, “ Məsələn, ALS daxil olmaqla müxtəlif sağlamlıq problemləri səbəbiylə danışma qabiliyyətini itirmiş insanlar üçün süni intellektlə Personal Səs hazırladıq. Bu funksiyadan istifadə etmək üçün insanlar əvvəlcə cihazın mikrofonuna mətn əmrlərini oxumağa 15 dəqiqə sərf edirlər. Daha sonra, maşın öyrənmə texnologiyalarından istifadə edərək, səs onların iPhone, iPad və ya Mac-da yerli olaraq emal edilir ki, bu da onların səsinə bənzəyir "deyib.

 

Günel Məlikzadə
Fins.az