Tibb

10 Noyabr

İngiltərədən süni intellektli superkompüter: 273 milyon dollar investisiya

Böyük Britaniya hökuməti istismar edildiyi zaman dünyanın ən yaxşı süni intellektli superkompüterlərindən biri olacaq Isambard-AI adlı indiyə qədərki ən güclü superkompüterinə 273 milyon dollar sərmayə qoyacağını açıqlayıb.

Fins.az xəbər verir ki, minlərlə NVIDIA superçipini saxlayacaq və saniyədə 200 katrilyondan çox hesablama apara biləcək.

Isambard-AI-nin 2024-cü ilin yayında fəaliyyətə başlaması gözlənilir və Bristol Universiteti tərəfindən istifadə olunacaq.

NVIDIA-nın məlumatına görə, superkompüter Hewlett Packard Enterprise tərəfindən istehsal olunub və NVIDIA-nın 5448 GH200 Grace Hopper Super çipindən istifadə edəcək.

Bristol Universitetinin məlumatına görə, Isambard-AI bu gün İngiltərədəki ən sürətli superkompüterdən 10 dəfə daha sürətli olacaq. 

Günel Məlikzadə
Fins.az