Tibb

09 Noyabr

X/ Twitter 50%-dən çox dəyər itirib

İlon Maskın keçən il 44 milyard dollara aldığı X/ Twitter 50 faizdən çox dəyər itirərək 19 milyard dollara düşüb.
Dünyanın ən varlı adamı kimi tanınan Mask, əvvəllər Twitter kimi tanınan sosial media platformasını keçən il 44 milyard dollara satın alıb .

Fins.az xəbər verir ki, şirkətin daxili sənədlərinə görə yeni qiymətləndirmə şirkətin dəyərinin son 12 ayda 56 faiz azaldığını ortaya qoyub. İşçilərə paylanan səhmlər, X/Twitter-in indi təxminən 19 milyard dollar dəyərində olduğunu göstərib. Platformanın yarandığı gündən bəri mövcud olan quş ikonasını əvəz edən yeni loqo ilə birlikdə şirkət X kimi rebrendinq edilib.

İyul ayında Musk, X-in "reklam gəlirlərində 50 faiz azalma və ağır borc yükü" ilə "hələ mənfi pul axını" olduğunu söyləyib.

Elon Musk-ın X/Twitter-i satın almasından sonra baş verən kütləvi ixtisarlar, saytın yoxlanılması prosesi də daxil olmaqla bir sıra yeni funksiyaların işə salınması ilə kölgədə qalıb.

Günel Məlikzadə
​Fins.az