Tibb

31 Oktyabr

Apple M3 çipləri ilə yenilənmiş MacBook Pro modellərini təqdim edib! - QİYMƏTLƏRİ

Apple çoxdan gözlənilən Macbook seriyasını Halloween tədbiri ilə elan edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 2020-ci ildən etibarən kompüterlərində öz prosessorlarından istifadə etməyə başlayan Apple şirkəti M3, M3 Pro və M3 Max prosessorlarını və bu prosessorlarla istehsal edilən yeni Macbook Pro və iMac modellərini təqdim edib.

Digər tərəfdən, şirkət cihazlara uzaqdan girişi təmin edən yeni təhlükəsiz ekran paylaşma xüsusiyyətini də təqdim edib.

ABŞ-da 14 düymlük MacBook Pro noutbukunun qiyməti 1599 dollar, 16 düymlük versiyası isə 2499 dollar olacaq. M3 çip ailəsinin daxil olduğu yeni iMac stolüstü kompüterinin qiyməti 1299 dollardan başlayır. Məhsulların bir hissəsinin gələn həftə satışa çıxarılacağı açıqlanıb.

Günel Məlikzadə
Fins.az