Tibb

31 Oktyabr

Google-un baş direktoru “antiinhisar” işi üzrə ifadə verib

Google-un vəkilləri səkkizinci həftədir davam edən işdə şahid qismində Google Baş İcraçı Direktoru (CEO) Sundar Pichai çağırıblar.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Vaşinqtondakı məhkəmə iclasında verdiyi ifadəsində Pichai Google-un Chrome brauzerinə investisiyaların istifadəçilərin təcrübələrini necə sürətləndirdiyini və onları daha çox Google axtarışlarına yönəltdiyini izah edib.

Google-un axtarış motoru olaraq üstünlüyünün şirkətin Chrome-a etdiyi yenilik və investisiyanın nəticəsi olduğunu ifadə edən Pichai, brauzerlərin insanların internetdə gəzməsi üçün kritik olduğunu erkən anladıqlarını ifadə edib.

Pichai qeyd edib ki, Google öz axtarış sistemini Chrome-un bir hissəsi edib, istifadəçilərə brauzer pəncərəsində axtarış nəticələri və veb məzmunu üçün daha çox yer yaradan dizayn təklif edib.

Günel Məlikzadə
Fins.az