Tibb

27 Oktyabr

Intel-in üçüncü rübdə xalis mənfəəti 300 milyon dollar olub

Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan Intel-in ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 14,2 milyard dollara düşüb.

Fins.az xəbər verir ki, Intel ötən ilin eyni dövründə 15,3 milyard dollar gəlir əldə edib. Bazar gözləntilərini üstələyən şirkətin gəlirinin bu dövrdə 13,5 milyard dollar olacağı gözlənilirdi.

Şirkətin üçüncü rübdə xalis mənfəəti 300 milyon dollar olaraq qeyd edilib. Intel ötən ilin eyni rübündə 1 milyard dollar xalis mənfəət açıqlanıb.

Keçən ilin üçüncü rübündə səhm başına 25 sent mənfəət elan edən şirkət bu il səhm başına 7 sent gəlir əldə edib.

Günel Məlikzadə
Fins.az