Tibb

27 Oktyabr

Üçüncü rübdə Amazon-un xalis mənfəəti 9,9 milyard dollar olub

Amazon iyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayıb.

Fins.az xəbər verir ki,  Amazon-un bu ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 13% artaraq 143,1 milyard dollara çatıb. Şirkətin xalis satışları 2022-ci ilin üçüncü rübündə 127,1 milyard dollar olub.

Üçüncü rübdə Amazon-un xalis mənfəəti 9,9 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2,9 milyard dollar mənfəət açıqlayıb.

Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin üçüncü rübündə 94 sent olaraq hesablanıb. Şirkət ötən ilin eyni dövründə hər səhmə görə 28 sent mənfəət əldə edib.

Günel Məlikzadə
Fins.az