Tibb

26 Oktyabr

Facebook-un gündəlik aktiv istifadəçilərinin sayı sentyabrda 2,09 milyarda çatıb

Meta çətiri altında Facebook-un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu müddət ərzində artmağa davam edib.

Fins.az xəbər verir ki, Facebook-un gündəlik aktiv istifadəçilərinin sayı sentyabr ayı etibarilə illik bazda 5 faiz artaraq 2,09 milyarda çatıb. Sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı eyni dövrdə 3 faiz artaraq 3,05 milyarda çatıb.

30 sentyabr tarixinə şirkətin işçilərinin sayı əvvəlki ilə nisbətən 24 faiz azalaraq 66 min 185-ə düşüb.

Açıqlamada fikirlərinə yer verilən Meta İcraçı direktoru Mark Zukerberq, yaxşı bir rüb keçirdiklərini ifadə edərək, Quest 3, Ray-Ban Meta-nın təqdimatı ilə süni intellekt və qarışıq reallığı inkişaf etdirmək üçün gördükləri işdən qürur duyduqlarını ifadə edib. 

Günel Məlikzadə
Fins.az