Tibb

26 Oktyabr

IMB-nın xalis mənfəəti ilin üçüncü rübündə 1,7 milyard dollara yüksəlib

İyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayan IBM-nın üçüncü rübdə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 14,8 milyard dollara çatıb. IBM (Beynəlxalq Biznes Maşınları Korporasiyası). 2022-ci ilin üçüncü rübündə 14,1 milyard dollar gəlir əldə edib.

Fins.az xəbər verir ki, şirkətin xalis mənfəəti ilin üçüncü rübündə 1,7 milyard dollara yüksəlib. IBM ötən ilin üçüncü rübündə 3,2 milyard dollar zərər gördüyünü açıqlayıb..

Ötən ilin üçüncü rübündə hər səhmə görə 3,54 dollar xalis zərərlə üzləşən şirkət bu ilin eyni rübündə hər səhmə görə 1,84 dollar xalis mənfəət əldə edib.

Günel Məlikzadə
Fins.az