Tibb

26 Oktyabr

Meta-nın xalis mənfəəti bu ilin üçüncü rübündə 11,6 milyard dollara çatıb

Meta iyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayıb.

Fins.az xəbər verir ki, bu ilin üçüncü rübündə şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə  23% artaraq 34,1 milyard dollara çatıb. Şirkət 2022-ci ilin eyni dövründə 27,7 milyard dollar gəlir əldə edib.

Meta-nın xalis mənfəəti bu ilin üçüncü rübündə 164 faiz artaraq 11,6 milyard dollara çatıb. Şirkət 2022-ci ilin üçüncü rübündə 4,4 milyard dollar xalis mənfəət açıqlayıb.

Şirkətin 2022-ci ilin üçüncü rübündə 1,64 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 4,39 dollara çatıb.

Günel Məlikzadə
Fins.az