Tibb

25 Oktyabr

Alphabet-in xalis mənfəəti üçüncü rübdə 19,7 milyard dollara çatıb

Google-un ana şirkəti Alphabet də 2023-cü ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Alphabet-in gəliri iyul-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə  11% artaraq 76,7 milyard dollara çatıb. Şirkətin 2022-ci ilin üçüncü rübündə gəliri 69,1 milyard dollar olub.

Şirkətin xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq 19,7 milyard dollara çatıb. “Alphabet” ötən ilin eyni rübündə 13,9 milyard dollar xalis mənfəət əldə edib.

Ötən ilin eyni dövründə 1,06 dollar olan “Alphabet”in səhm başına qazancı bu ilin eyni dövründə 1,55 dollara yüksəlib.

Günel Məlikzadə
Fins.az