Tibb

20 Oktyabr

Aİ-dən Meta və TikTok-a 1 həftə

Aİ Meta və TikTok-a 1 həftə vaxt verib. Bildirilib ki, yeni texnologiya qaydalarına əsasən, verilən cavablarla kifayətlənmədiyi halda, xidməti araşdırma açıla bilər.

Fins.az xəbər verir ki, Aİ HƏMAS-ın İsrailə hücumundan sonra terror və zorakılıq xəbərlərinin və nifrət nitqinin yayılmasından narahatdır.

Aİ Rəqəmsal Xidmətlər Qanunu çərçivəsində İsrail və Fələstin arasındakı müharibə ilə bağlı dezinformasiya yazıları ilə bağlı əvvəllər Twitter kimi tanınan X-ə xəbərdarlıq göndərdiyini və 24 saat ərzində cavab gözlədiyini qeyd edib.

Bu inkişaflardan sonra X, HƏMAS-a bağlı yüzlərlə hesabı platformadan sildiyini açıqlayıb.

Günel Məlikzadə
Fins.az