Tibb

19 Oktyabr

Nvidia və Foxconn şirkətləri süni intellekt fabrikləri quracaq

BBC-nin məlumatına görə, Nvidia şirkətinin baş direktoru Jensen Huang və Foxconn sədri Young Liu dünən Tayvanın paytaxtı Taypeydə Foxconn-un illik texnologiya sərgisində görüşüblər.

Fins.az xəbər verir ki, şirkət nümayəndələri birlikdə "süni intellekt fabrikləri" quracaqlarını və bu fabriklərin Nvidia-nın çiplərindən tətbiqləri inkişaf etdirmək üçün istifadə edəcək bir məlumat mərkəzi növü olacağını qeyd ediblər.

Məlumat verilib ki, yaradılan yeni mərkəzlər avtonom nəqliyyat vasitələri, robot platformalar və iri dilli modellər üzrə təlimləri əhatə edəcək.

Qərar ABŞ Ticarət Departamentinin Çinə qabaqcıl süni intellekt çiplərinin satışı ilə bağlı qaydaları sərtləşdirəcəyini bildirməsindən sonra açıqlanıb.

ABŞ-ın verdiyi qərarla ölkədə süni intellekt şirkətlərinin üstünlük verdiyi prosessor Nvidia H100-ün satışına qadağa qoyulub.

Günel Məlikzadə
Fins.az