Tibb

19 Oktyabr

Netflix-in xalis mənfəəti üçüncü rübdə  1,68 milyard dollara çatıb

Netflix bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ilin üçüncü rübündə şirkətin gəliri keçən ilin eyni dövrünə görə 7,8% artaraq 8,54 milyard dollara çatıb. Şirkətin gəliri ötən ilin eyni dövründə 7,9 milyard dollar olaraq qeyd edilib.

Şirkətin xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 1,68 milyard dollara çatıb. Keçən ilin üçüncü rübündə Netflix-in xalis mənfəəti 1,4 milyard dollar olub.

Şirkətin bir səhm üzrə mənfəəti həmin dövrdə 3,10 dollardan 3,73 dollara yüksəlib.

Netflix-in abunəçi sayı ilin üçüncü rübündə 8,8 milyon artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı illik 10,8 faiz artaraq 247,2 milyon nəfərə çatıb.

Digər tərəfdən Netflix tərəfindən edilən açıqlamada ABŞ, İngiltərə və Fransada bəzi üzvlük planlarının ödənişlərinin artdığı bildirildi.

Müvafiq olaraq, ABŞ-da əsas planın qiyməti 9,99 dollardan 11,99 dollara, premium planın qiyməti isə 19,99 dollardan 22,99 dollara qaldırılıb.

Günel Məlikzadə
Fins.az