Tibb

22 Oktyabr

Smartfon satışları azalır - Bazarda kim hökmranlıq edir?

Qlobal smartfon satışları ötən illə müqayisədə daha da azalıb.

Fins.az hansı brendlərin bazarda nə qədər paya malik olduğunu araşdıraraq təqdim edir.

Ötən illə müqayisədə smartfon satışlarında 8 faiz azalma var. Bu azalmanı araşdırdıqda Samsung yüzdə 13, Apple 9 faiz, Xiaomi isə 15 faiz azaldığı müşahidə olunur.

Samsung 2023-cü ilin üçüncü rübündə 20 faizlə fərdi olaraq bazarda ən böyük paya sahibdir. Samsungun əzəli rəqibi Apple 16 faizlə onu izləyir. Digər markalarda isə Xiaomi 12 faiz , Vivo 8 faiz və Oppo 10 faiz ilə bazarda yer tutur.

Ümumiyyətlə, qeyd etdiyimiz beş şirkət smartfon bazarında ən böyük rol oynayır. Bununla belə, smartfon satışları ümumiyyətlə azalma tendensiyasındadır.

Məhəbbət Məmmədov
Fins.az