Tibb

18 Oktyabr

WhatsApp-da yenilik: audio və video mesajlarla bağlı yeni funksiya

“iOS” əməliyyat sistemi üçün "WhatsApp" tətbiqində audio və video mesajların qeyd rejimləri arasında əl ilə keçid etməyə imkan verən yeni funksiya əlavə edilib.

Fins.az-ın məlumatına görə, tətbiqdə ​​audio və video mesajlar üçün nişanların yerləşdiyi panel dəyişdirilib.

Tətbiqin yeni versiyasında mikrofon və ya kamera ikonasına kliklədiyiniz zaman istədiyiniz qeyd metodunu - audio və ya videonu əl ilə seçməli olduğunuz menyu görünəcək. Eyni zamanda, əvvəllər messencerin istifadəçiləri "ikona"nın üzərinə klikləməli idilər ki, o, audiodan videoya və geriyə keçsin.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Fuad Mədətov
Fins.az