Tibb

13 Oktyabr

SpaceX yeni xüsusiyyətini təqdim edib - Baza stansiyalarına ehtiyac olmayacaq

“Starlink Direct to Cell” xidməti ilə SpaceX indi istifadəçilərə baza stansiyalarının olmadığı yerlərdə belə zəng etmək, mesaj göndərmək və internetə qoşulmaq imkanı verəcək.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, SpaceX, peyk vasitəsilə smartfonlara mobil rabitə təklif etməyi planlaşdıran "Starlink Direct to Cell" xidmətini tanıtmaq üçün yeni internet səhifəsi nəşr edib.

Bu yolla istifadəçilər şəbəkə olmayan yerlərdə belə qlobal əlaqə təmin edərək mesajlaşma və zəng imkanlarından yararlana biləcəklər.

Məhəbbət Məmmədov
Fins.az