Tibb

13 Oktyabr

ABŞ Kosmik Qüvvələri ChatGPT-dən istifadəni qadağan edib

ABŞ Kosmik Qüvvələri məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən işçi qüvvəsi üçün ChatGPT kimi veb əsaslı süni intellekt alətlərinin istifadəsini dayandırıb.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin sözçüsü Tanya Downsworth, bu qadağanın strateji bir fasilə olduğunu vurğulayıb:

"Kosmik Qüvvələri süni intellekt modellərini Mühafizə rollarına və USSF missiyasına inteqrasiya etmək üçün irəliyə doğru ən yaxşı yolu müəyyən edərkən, ABŞ Kosmik Qüvvələrində Generativ AI və Böyük Dil Modellərinin istifadəsinə strateji fasilə verilib ".

Belə ki, Kosmik Qüvvələrin işçi qüvvəsi ChatGPT kimi süni intellekt vasitələrindən istifadə edə bilməyəcək.

Baş Texnologiya və İnnovasiyalar İdarəsindən rəsmi icazə alana qədər bu cür proqram təminatının dövlət kompüterlərində istifadəsi qadağandır.

Məhəbbət Məmmədov
Fins.az