Tibb

13 Oktyabr

Böyük Britaniya Microsoft-un Activision Blizzard-ı almasını təsdiqləyib

MA-nın bəyanatına görə, qurum Microsoft-un bulud oyun hüquqları istisna olmaqla Activision-u almasının bazarda rəqabətli qiymətlərə və xidmətə zərər verməyəcəyi qənaətinə gəlib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Ubisoft Activision Blizzard-ın bulud oyun hüquqlarını alacaq.

Bu ilin aprel ayında CMA, Microsoft-un bulud oyun bazarının gələcəyini dəyişdirəcəyinə dair narahatlıqlar səbəbiylə təxminən 69 milyard dollara Activision-u almasını blokladığını açıqlayıb.

Digər tərəfdən Microsoft, keçən ay Activision Blizzard-ı satın almaq üçün tənzimləyici orqana yeni bir razılaşma təqdim edib.

Strukturlaşdırılmış razılaşma çərçivəsində Microsoft-un qarşıdakı 15 il ərzində satışa çıxarılacaq bütün mövcud və yeni Activision oyunları üçün bulud axını hüquqlarını əldə etməyəcəyi bildirilib. Həmçinin, bu hüquqların Microsoft-un Activision-u əldə etməsindən əvvəl Ubisoft Entertainment SA-ya satılacağı ifadə edilib.

Günel Məlikzadə
Fins.az