Tibb

12 Oktyabr

ABŞ-ın Daxili Gəlir Xidməti Microsoft-a təxminən 29 milyard dollarlıq vergi borcu çıxarıb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada Microsoft, 2004-2013 vergi dövrü üçün IRS-dən bildiriş aldığını açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bildirişin şirkətin mənfəətini müxtəlif ölkələr və bölgələr arasında necə bölüşdürdüyünü yoxlamaq üçün IRS ilə davam edən mübahisə ilə bağlı olduğu deyilib. Bu çərçivədə IRS-in Microsoft-dan əlavə 28,9 milyard dollar vergi ödəməsini tələb etdiyi qeyd edilib.

Açıqlamada Microsoft-un IRS-in əlavə vergi tələbi ilə razılaşmadığı və lazım gəldikdə vəziyyətlə bağlı məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilib.

Microsoft-un ABŞ-da və dünyada hər zaman IRS qaydalarına əməl etdiyi və vergilərini ödədiyi vurğulanıb. 2004-cü ildən bu yana ABŞ-a 67 milyard dollardan çox vergi ödəndiyi qeyd edilib.

Şirkətin 30 sentyabr tarixinə gəlir vergisi ehtiyatlarının kifayət qədər olduğu vurğulanıb.

Günel Məlikzadə
Fins.az