Tibb

10 Oktyabr

X-dən (Twitter) Premium abunəçiləri üçün yeni funksiya

Əvvəllər Twitter kimi tanınan X-də istifadəçilər indi təsdiqlənməmiş hesabların yazılarına cavab verməsini bloklaya bilərlər. 

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin platformadakı cavabları ödəniş, telefon nömrələri və ya təsdiqlənmiş hesablarla məhdudlaşdırmağı düşündüyü, bununla da təqib, təhqir və dezinformasiyanı azaltmağı hədəflədiyi qeyd edilib.

Elon Musk Twitter/X-i satın aldıqdan sonra  pulsuz yoxlamanı ləğv edib. Mavi işarəni ödənişli "X Premium" abunəliyinin bir hissəsi edib.

Günel Məlikzadə
Fins.az