Tibb

10 Oktyabr

Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi yaradılıb

Reklam və marketinq sahəsində dünyanın ən yeni, qabaqcıl təcrübə və texnologiyalarının öyrənilməsi və tətbiqi üçün, yerli bazar iştirakçılarının bir araya gəlməsi, onların daha effektiv işlər həyata keçirmək imkanlarını reallaşdırmaq məqsədilə universal platformada təmsil olunması zərurəti yarandığından “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” (RMİD) İctimai Birliyi təsis edilib.

Birlik rəsmi dövlət qeydiyyatından keçərək, 2023-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.

MİD İctimai Birliyi yerli və xarici mütəxəssislərin iştirakı ilə reklam və marketinq kursları, seminarlar, dəyirmi masalar təşkil edəcək, bu sahədə yeni fəaliyyətə başlayan fərd və qurumlara professional dəstək verəcək.

İctimai Birlik yalnız ölkədaxili deyil, reklam və marketinq sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədlərini də öz fəaliyyət proqramına daxil edib.

Belə ki, müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə və birgə layihələrin hazırlanması ictimai birliyin fəaliyyət proqramının tərkib hissəsini təşkil edir.

Bu məqsədlə “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” ictimai birliyi öz layihələrində dövlətin müvafiq strukturları ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.