Tibb

05 Oktyabr

X-in 13 milyard dollar borcu var

“Twitter” və ya dəyişdirilmiş adı ilə “X”in bugünkü dəyəri məlum olub.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, İlon Maskın 44 milyard dollara aldığı “Twitter” və ya dəyişdirilmiş adı ilə “X”in bugünkü dəyəri 8 milyard dollar olaraq hesablanır.

Bundan əlavə, şirkətin 13 milyard dollar da borcu var.

Qeyd edək ki, “Twitter” və ya dəyişdirilmiş adı ilə “X” onlayn sosial şəbəkə xidmətləri təklif edən saytdır.

“Twitter” 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. 25 aprel 2022-ci ildə “Twitter” İlon Mask tərəfindən 44 milyard dollara alınıb.

Fuad Mədətov
Fins.az