Tibb

04 Oktyabr

Sayt hazırlanmasının iş prinsipi

Veb saytların yığılması xidmətinin həyata keçirilməsi bir neçə prosesdən sonra baş verir. Bu preses müştərinin bizimlə əlaqə yaradaraq sayt yaratmaq istəyinin olduğunu bildirməsiylə başlayır. Təcrübəmizdən deyə bilərik ki, müştəri üçün əsas nüans sayt yaratma xidmətinin qiyməti və bu proyektin bizim tərəfimizdən uğurla həyata keçirilə bilinəcəyinə inamı önəmlidir. Sonuncu üçün müştərilərimiz narahat olmaya bilərlər. Bizim proqramistlərimiz istənilən funksionallıqda sayt hazırlamaq qabiliyyətindədirlər və əksər kod sistemləri ilə təcrübələri var. Bura php laravel saytların hazırlanması (Lunar Invest), php Yii (Trendex Karqo) saytlarin hazirlanmasi, php codelgniter (Caspian Legal Center) saytlarin hazirlanmasi, habelə müxtəlif CMS sistemləri ilə təcrübə, məsələn, OpenCart (Compusale Technologies) və CS-C (Gilan Textil, Gilan Holdinq) sayt hazırlanması, WordPress (Faw Azerbaijan, Cahan Motors) veb sayt hazırlanması kimi nümunələri göstərə bilərik. 

Artıq təcrübəmizi əyani sübut etdiyimizə görə, saytın hazırlanmasının digər önəmli nüansına toxuna bilərik. Bu, veb saytın qiymətidir. Web saytların qiyməti onların hazırlanması üçün sərf olunan enerji ilə birbaşa bağlıdır. Bu enerji saytın strukturundan və hazırlanacaq kod sisteminin mürəkkəbliyindən asılıdır. Saytın hansı sistemdə hazırlanması qərarı isə veb saytın nə üçün hazırlanmasındın asılıdır. Bütün bunlara görə qiymət hesablanmadan öncə sifarişçi ilə ətraflı söhbət aparılmalı, saytın məqsədləri, funksionallıqları, təhlükəsizlik kriteriyaları və s. müzakirə edilməldir. Hazırlanacaq sayt haqda hər iki tərəfdə ətraflı təəssürat yarandıqdan sonra texniki tapşırıq hazırlanır və ona uyğun veb sayt qiyməti hesablanır. Bütün bunlardan qaynaqlanaraq Interactive Media ilə sayt yaratmaq prosesini aşağıdakı mərhələlərə bölmək olar:  

  • Informasiyanın toplanması

Veb sayt hazırlanmasında ilk mərhələ sayt informasiyasının toplanmasıdır. Bu informasiya biznes sahəsində ətraflı məlumatı olan şəxslərin hədəf kütləsi haqda da məlumat əldə etməsindən ibarətdir. Birincisi, ona görə vacibdir ki, biznes haqda ətraflı məlumay hazırlanacaq saytın məlumatları deməkdir. İkincisinin önəmi isə hədəf kütləyə uyğun veb saytda düzəliş edilməsidir. Məsələn, hədəf kütlənin yaşının çox və ya az olması, sayt dizaynının kreativ və ya sadə olmasını müəyyən edə bilər.

  • Sayt hazırlanması və planlaşdırma

Lazımi informasiyanını toplanmasından sonra sayt açmaq üçün növbəti addım olan saytın planlaşdırılması saytda olacaq informasiyanın düzülüşündən ibarətdir. Bu saytların hazırlanmasının bu mərhələsində sitemap hazırlanması önəmlidir. Mövzuların kateqoriyalaşdırılması və alt kateqoriyalaşdırılması istifadəçi rahatlığını nəzərə alaraq həyata keçiriliməlidir. Planlaşdırmaya seo xidmeti prosesinin həyata keçirilməsi də daxildir.

  • Saytların hazırlanmasından əvvəl dizayn

İnformasiyanın çertyoju çəkildikdən sonrakı mərhələ saytın dizaynının hazırlanmasıdır. Veb sayt dizaynı rəsmi, sadə, kreativ, interaktiv və s. formalarda ola bilər. Dizayn şirkətin korporativ stilinə uyğun olmalıdır. Şirkətin loqotipi və korporativ rəngi saytın dizaynı, xüsusən də rənglərini müyyən edir. Bu mərhələdə də biznes forması önəmlidir. Yəni biznesin nədən ibarət olması, nə təklif etməsi sayt hazirlanmasinin vacib nüanslarındandır. Bundan başqa bu etapda da həfə kütləni unutmaq olmaz. Hədəf kütlə haqqında məlumat olması onların hansı üslub naviqasiya sistemində daha yaxşı saytı idarə edə biləcəklərinə dair təsəvvür yaradır.

Web saytlarin hazirlanmasinda saytın kontenti çox həlledici ola bilir. Əvvələ, kontent sizin potensial müştərilərinizlə dialoqunuzdur. Və bu dialoqun yalnız uğurlu olması sizin potensial müştərinizi real müştəriyə çevirə bilər. Yəni, şirkət nə qədər öz biznesini hədəf kütləyə uyğun dildə çatdıra bilsə, bir o qədər də təklif olunan məhsul və ya xidmətin satılma ehtimalı vardır. Ancaq kontentin yeganə məqsədi satış deyil. Saytların yığılması zamanı lazımi informasiya ilə oxucunu məlumatlandırmaq oxucunun saytı digər yoldaşları ilə sosial mediada və ya digər platformalarda paylaşmasına səbəb ola bilər. Bu “word of mouth” reklam strategiyasını canlandıra bilər. Saytların hazırlanmasında kontentin digər önəmi axtarış sistemlərinin gözündə saytın daha reputasiyalı olması deməkdir. Bəllidir ki, axtarış sistemlərində önə çıxmaq (SEO xidməti) hər bir biznes üçün son dərəcə önəmli nüanslardandır. Saytın kontentinin geniş olması nəyinki axtarış sistemləri tərəfindən saytın birbaşa nüfuzunun qalxmasına səbəb olur, eyni zamanda daha uzun saytda qalan istifadəçi saytın həqiqətən yararlı olmasına dair axtarış sistemlərinə növbəti dəfə mesaj ötürür.

  • Kodlaşdırma (saytın hazırlanması)

Əsasən HTML və CSS-dən ibarət olan kodlaşdırma zamanı saytın əvvəlcədən hazırlanmış çertiyoju, asan naviqasiya olunması, sayt sahibinin sayta əlavə məlumatlar yükləyə bilməsi üçün backendin hazırlanmasını və s. əhatə edir. Saytların yaradılmasının kodlaşdırılması zamanı dizaynın responsiv olması mütləqdir. Bu həm mobildə, həm də komyuterdə saytlarin hazirlanmasindan sonra saytın rahat istifadəsinə imkan yaradır. Kodlaşdıma zamanı digər önəmli məsələ təhlükəsizlik sisteminin düzgün qurulmasıdır. Veb saytların hazırlanması üçün hazır köhnə kodların istifadəsi saytda boşluqlar yarada bilər.

  • Saytın test edilməsi

Nəzərdə tutulmuş şəkildə sayt hazırlanmasından sonra veb saytda yuxarıda qeyd etdiyimiz kimi hansı boşluğun olub olmamasını yoxlamaq, hazırlanmış kod sistemlərinin düzgün işləməsindən əmin olmaq, veb saytın hər bir brauzerdə maneəsiz işləməsini test etmək üçün testing mərhələsi önəmlidir. Veb sayt bəzi brauzerlərdə işləyə bilər, digərlərində isə önəmli “usibility” problemləri ola bilər. Bu web saytlarin hazirlanmasinda kritik göstəricidir. Buna görə sayt hazırlanıb bitdikdən sonra hərtərəfli yoxlanış önəmlidir. Yoxlanılması ən vacib nüanslardan biri də o vaxt yaranır ki, veb sayt onlayn ödəniş qəbul edir. Burada sistem daha mürəkkıb olduğuna görə onlayn ödənişli veb saytları bir neçə həftə, hətta bir neçə ay nəzarətdə saxlamaq lazım gələ bilər.

  • Launch (Sayt yaradılması prosesinin sonu)

Bütün yoxlanışlardan sonra veb saytı artıq onlayn etmək mümkünür. Onlayn olan veb saytlar testing mərhələsinin bütün etaplarını keçməlidir. Əks təqdirdə istifadəçilər hər hansı problemlə qarşılaşa bilər və onların neqativ fikirləri şirkətin brendinq fəaliyyətinə güclü zərər verə bilər. Sayt hazirlanmasinin testinq mərhələsi bitdikdən sonra veb sayt web serverə yerləşdirilir və son bir dəfə test edilir. Bundan sonra veb sayt yaradılması prosesi bitmiş sayılır və sayt istifadəçilərin öhdəliyinə verilir.

  • Saytlarin hazirlanmasindan sonra texniki xidmət göstərilməsi

Veb sayt daimi nəzərdə saxlanılmalı olan bir onlayn varlıdır. Saytlarin hazirlanmasindan və saytın testinq mərhələsini uğurla keçməsindən sonra belə, ön görülə bilməyən problemlərə görə istifadəçilər saytda problemlə qarşılaşa bilərlər. Buna görə, ilkin addım kimi sayta onlayn çat yerləşdirilməsi yaxşı ideya ola bilər. Ancaq saytın problemlərinin həll edilməsi üçün bu problemlərin istifadəçilər tərəfindən bildirilməsini gözləmək düzgün olmazdı. Saytın işləkliyini daimi yoxlanması, sayt sahibi tərəfindən saytın sərbəst idarə edilməsinə imkan yaradılması, əlavə məlumatları yerləşdirilməsinin təmin edilməsi üçün sayta sayt hazırlayan şirkət tərəfindən texniki xidmət göstərilməsi vacibdir.