Tibb

03 Oktyabr

iPhone 15-də həddindən artıq isinmə problemi

iPhone 15 ümumi satışa çıxdıqdan sonra Apple-ı alan bir çox istifadəçi həddindən artıq istiləşmə probleminin olduğunu deyib.
Fins.az xəbər verir ki, Apple-dan verilən açıqlamada bildirilib:
"Cihazı quraşdırdıqdan və ya bərpa etdikdən sonra ilk bir neçə gün ərzində cihaz artan fon fəaliyyəti səbəbindən daha isti hiss edə bilər. Həmçinin iOS 17-də bəzi istifadəçilərə təsir edən bir səhv tapdıq. Bu səhv düzəldiləcək".

Sosial mediada iPhone 15-in həddindən artıq qızma problemi ilə bağlı şikayətlərin artmasından sonra Apple problemin səbəbi kimi Instagram-ı göstərməyə başlayıb.

iPhone 15 seriyasının təqdimatı smartfonun enerji yığarkən, məsələn, oyun oynayarkən həddindən artıq qızması ilə bağlı iddialarla yadda qalıb.

İPhone modellərində həddindən artıq istiləşməyə səbəb olan şeylərdən birinin də Instagram olduğu bildirilib.
Günel Məlikzadə
Fins.az