Tibb

27 Sentyabr

"Google" 25 yaşında: ilk axtarılan söz nə olub?

1998-ci ildə Stenford Universitetində PhD tələbələri olan Larry Page və Sergey Brin adlı iki şəxs tərəfindən qurulan "Google" 25 illik yubileyini qeyd edir.

Fins.az xəbər verir ki, 1998-ci ildə ictimaiyyətə açılan və qısa müddətdə dünyanın ən populyar axtarış sisteminə çevrilən Google-da hər gün milyardlarla axtarış aparılır.

Qeyd edilib ki, Google-da yaradıldıqdan sonra ilk axtarılan söz Stenford Universiteti olub.

Məlumdur ki, bu çağırış təsisçilər Larri Peyc və Sergey Brin tərəfindən edilib.

Google-da edilən axtarışların bəzi statistikasını təqdim edirik:

  • Ən çox axtarılan sözlər: "hava", "xəbərlər", "YouTube", "Google", "Facebook"
  • Ən çox axtarılan kateqoriyalar: Xəbərlər, Əyləncə, Səhiyyə, Təhsil, Maliyyə
  • Ən çox axtarılan ölkələr: ABŞ, Çin, Hindistan, Braziliya, Yaponiya
  • Ən çox axtarılan dil: İngilis dili

Günel Məlikzadə
Fins.az