Tibb

26 Sentyabr

Bənövşəyi şampunun misilsiz gücü

Fəsil dəyişdikcə, xüsusilə qadınlar öz görkəmlərində fəsilə uyğun dəyişikliklər etməyə çalışırlar.

Bu barədə Fins.az-a “Wegros” şirkətindən məlumat verilib.

İlk olaraq saçlarından başlayan xanımlar bəzən o qədər də məmnun qalmırlar. Çünki saçların salondakı kimi dolğun, canlı, parlaq olması bir qədər əziyyət tələb edən işdir. Saç rəngindən istifadə etdikdən müəyyən müddət sonra sarı, boz, kül rəngli, arasında keçid rənglər olan saçlarda qızarma, narıncılaşma baş verir. Məhz bunu aradan qaldırmaq üçün “Homm Life”-nin “Bənövşəyi şampun”-u sizin köməyinizə çatacaq!

Qeyd edək ki, bənövşəyi şampun açıq tonlu saçların dostudur. Tərkibindəki maddələr saç rəngi istiliyini tənzimləyərək qızarıqlıq və narıncılığın neytrallaşmasına kömək edir. Saçında “beybilayts” (babylights) effektinin uzun müddət qalmağını istəyənlər bənövşəyi şampundan istifadə edə bilərlər. Bu şampun təkcə rəngli saçlılar üçün deyil, eyni zamanda təbii saçlar üçün də mükəmməl seçimdir. Çünki bənövşəyi şampun saçın daha parlaq, daha canlı olmasını təmin edir. Amma təbii saçlarda rəng açılması və ya rəng neytrallaşdırılmasına xidmət etmir. Günəş işıqlarından yanmış saçlara da öz təsirini göstərir.

İstifadəsi zamanı yaxşı olardı ki, saç diblərindən deyil, saç uclarından tətbiq edəsiniz. Bu, rəng keçidlərinin daha yaxşı alınmasına şərait yaradır. Nəmləndirici şampunla birgə istifadəsi tövsiyə olunur. Hər yuyulmada bənövşəyi şampundan istifadə etməyin. Əldə etdiyiniz nəticəyə uyğun vaxt təyin edin. Onu da qeyd edək ki, bənövşəyi şampun istifadədən sonra hər kəsin saç tonuna uyğun olaraq fərqli nəticələr verir.

Bənövşəyi şampundan istifadə edərək daha parlaq, daha canlı və daha yumşaq keçidlər əldə edərək gözəlliyinizə gözəllik qatacaqsınız. Bunun üçün sadəcə bir kliklə Wegros platformasına keçid edə bilərsiniz.

2005-ci ildən fəaliyyət göstərən və 2009-cu ildən öz brendlərini 201-dən çox ölkəyə ixrac edən “Hommlife” brendi mütəxəssis heyəti ilə bitki mənşəli qidalar və qida əlavələri, kosmetik vasitələr və təmizlik məhsulları istehsal edir. Təbii məhsullardan istifadə Wegros platformasının əsas hədəflərindən biri olduğu üçün edilən əməkdaşlıq “Hommlife” məhsullarının asanlıqla əldə edilməsinə kömək edir.

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/homm-life-b%C9%99n%C3%B6v%C5%9F%C9%99y%C4%B0-%C5%9Fampun-300-ml