Tibb

25 Sentyabr

İnsanabənzər robot-Tesla Optimus inkişaf etməyə davam edir

Teslanın insanabənzər robotu "Tesla Optimus" inkişafını davam etdirir.

Fins.az xəbər verir ki, Teslanın paylaşdığı videoda insanabənzər robotun obyektləri sıralaya bildiyi görülüb.
Bildirilib ki, Tesla Optimus asanlıqla mavi və yaşıl blokları tuta bilir və onları insan sürəti ilə çeşidləyir. O, həmçinin obyekti aşaraq düzəliş tələb olunduqda öz səhvlərini düzəldə bilər.
Digər tərəfdən, TeslaBot-un tək ayaq üstə dayanaraq bəzi yoqa və meditasiya hərəkətləri edə bildiyi görüldü.

Tesla Optimusun nə vaxt satışa çıxacağı ilə bağlı məlumat yoxdur, lakin şirkətin TeslaBot-a böyük maraq göstərdiyi və Teslanın elektrik avtomobilləri ilə eyni proqram təminatından istifadə etdiyi qeyd edilir.

Həmçinin, Tesla-nın məhsulu ilk olaraq öz əməliyyatlarında istifadə edəcəyi gözlənilir.

Günel Məlikzadə 
Fins.az