Tibb

22 Sentyabr

Xiaomi 14 iddialı gəlir: Yeni xüsusiyyətlər ortaya çıxdı!

İstehsal etdiyi orta və yüksək səviyyəli telefonları ilə ölkəmizdə  böyük paya sahib olan Xiaomi, flaqman modeli üçün son hazırlıqlarını görür. Daha əvvəl bir çox sızıntılar görən modellə bağlı yeni detallar üzə çıxmağa davam edir.

Xiaomi-nin flaqman modeli 3C sertifikatlaşdırma arenasında görüntülənib. Siyahı cihazın bəzi xüsusiyyətlərini ortaya qoydu. 23127PN0CC model nömrəsi ilə səhnəyə çıxacaq Xiaomi 14 modelinin 90W sürətli şarj xüsusiyyətinə sahib olacağı görülüb.
Fins.az xəbər verir ki, Xiaomi seriyasının standart modeli 4860 mAh batareya, Pro modelində isə 5000 mAh batareya olacaq. Bundan əlavə, bu batareyalar 50 Vt simsiz doldurmanı, həmçinin 90 Vt simli doldurmanı dəstəkləyəcək.
 Təfərrüatlar hələ aydın olmasa da, Xiaomi 14 modellərində 50 Meqapiksellik əsas kameralar yer alacaq. Bir neçə gün əvvəl sənayedə sızıntıları ilə tanınan Digital Chat Station, Xiaomi 14 Ultra modelinin sensor detallarını açıqladı. Müvafiq olaraq, smartfon yeni 1 düymlük Sony LYT900 əsas kamerasına sahib olacaq.

Günel Məlikzadə 
Fins.az