Tibb

22 Sentyabr

Aİ-dən Intel-ə 376 milyon avro cərimə

Avropa İttifaqı (Aİ) Komissiyası, ABŞ-da yerləşən çip istehsalçısı Intel-i bazardakı hökmranlığından sui-istifadə etdiyi səbəbilə "yenidən" cərimələmək qərarına gəldiyini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Intel-in Aİ-nin antiinhisar qaydalarını pozaraq öz rəqiblərini müvafiq bazardan kənarlaşdırmağa yönəlmiş praktikalarla məşğul olub. Bu cərimə qərarının Intel-in 2002-2006-cı illər arasında kompüter istehsalçıları Hewlett Packard, Acer və Lenovo kimi rəqib şirkətlərin mərkəzi prosessorlarının bazara çıxarılmasını ləngitmək və satışa çıxarmaq səyləri olduğu bildirilib. 

2009-cu ildə Aİ Komissiyası ABŞ-ın Intel şirkətini kompüter istehsalçılarına endirimlər tətbiq edərək bazarda rəqabətə zidd davranışlar nümayiş etdirdiyi səbəbilə 1,06 milyard avro məbləğində cərimələyib.

Günel Məlikzadə 
Fins.az