Tibb

22 Sentyabr

Fransız şirkət dünyada akkumulyator tələb etməyən ilk e-velosipet istehsal edib

Son illərdə enerji qiymətlərinin artması böyük şəhərlərdə yaşayan bir çox insanın gündəlik həyatlarında velosiped və ya ictimai nəqliyyat kimi alternativlərə üz tutmasına səbəb olub.

Fins.az xarici mənbəyə istinadən xəbər verir ki,  velosipedlər və ya skuterlər kimi akkumulyatorla işləyən şəxsi nəqliyyat vasitələri son illərdə çox geniş yayılıb.

Elektrikli avtomobillər kimi, bu cür nəqliyyat vasitələrinin də ən böyük problemi məsafə, doldurma müddəti və təbii ki, akkumulyatorlarda olan ağır metal və zəhərli maddələrdir. Bu cihazlarda tez-tez istifadə olunan litium-ion batareyaların böyük ölçüdə təkrar emala yararsız olması şirkətləri və insanları iqlim böhranı haqqında düşünməyə vadar edən başqa bir problemdir.

Ancaq fransız sahibkar Adrien Lelievre, Pi-Pop adlandırdığı 'yeni nəsil elektrikli velosiped'də superkapasitor adlı enerji saxlama sistemindən istifadə edir və bu sistem bildiyimiz litium-ion batareyalardan fərqli işləyir.

Superkondensator adlanan enerji təchizatı sisteminin davamlı bir quruluşa sahib olması iqlim böhranı üçün də vacib nüansdır.

Günel Məlikzadə 
Fins.az