Tibb

22 Sentyabr

Apple telefon deyil, oyun konsolu hazırlayıb

Apple-ın yeni cihazı iPhone 15 Pro keçən həftə Steve Jobs Teatrında keçirilən Wonderlust tədbirində təqdim edilib.
Fins.az xəbər verir ki, başlanğıcda iPhone 15 Pro seriyasının bəzi konsol oyunları oynaya biləcəyi iddia edilib.

Çinli YouTuber Vincent Zhong platformadakı paylaşımında bu iddiaları təsdiqləyib.

iPhone 15 Pro cihazını USB-C bağlantısı olan bir monitora proyeksiya edən Zhong, PlayStation 5 idarəedicisini də telefonuna qoşdu və Resident Evil Village oyununu oynadı.

iPhone 15 Pro cihazının heç bir gecikmə və donma olmadan oyunu oynadığı müşahidə edilib.

Günel Məlikzadə 
Fins.az