Tibb

22 Sentyabr

Zəfər İşığı artıq satışdadır!

Əgər məhsul yerli istehsaldırsa, deməli keyfiyyətsizdir. Bu fikir əsassızdır və bunun yalnış bir fikir olduğunu sübut edəcəyik.

Fins.az xəbər verir ki, bunu “Zəfəroğlu Elektrik" MMC-nin nümayəndəsi bildirib. O, qeyd edib ki, şirkət uzunmüddətli LED lampa istehsalı ilə məşğuldur:

“Zavodumuz Gəncə şəhərində yerləşir. 30-dan çox məhsul çeşidi var. Məhsulların hər bir ilə şirkətin saytında (www.zaferogluelektrik.com) tanış ola bilərsiniz”.

Şirkət nümayəndəsi məhsullarla yaxından tanış olmaq və onların xüsusiyyətlərini bilmək istəyən şəxsləri mütəxəssisləriylə birgə şirkətin ofisində əyani şəkildə sınaqdan keçirməyi təklif edir.

Məlumat üçün qeyd edək ki, 2021-ci ilin avqust ayında Gəncə şəhərində “Zəfəroğlu Elektrik" MMC-nin müasir standartlı "LED" (ing. Light Emitting Diode - işıq şüalandıran diod) tipli lampa istehsalı zavodu fəaliyyət göstərməyə başlayıb və bu, Azərbaycanda "LED" tipli lampa istehsal edən ilk müəssisədir. Zavodda "Zəfər İşığı" brendi altında müxtəlif ölçülərdə "LED", “Spot” tipli və başqa lampalar da istehsal edilir. Hazırda 4 növ - 7, 9, 12 və 15 vatt gücündə olan lampaların istehsal olunur. Müəssisənin istehsal gücü ayda 500 min ədəd lampa buraxılmasına imkan verir. Lampaların özəl xüsusiyyəti onların davamlı və zərbədən sınmamasıdır.

Fuad Mədətov
Fins.az