Tibb

21 Sentyabr

Facebook-un loqosu dəyişdi

Ayda 3 milyard insanın istifadə etdiyi nəhəng sosial media platforması olan “Facebook” bu yaxınlarda loqosunu dəyişib.

Fins.az-ın məlumatına görə, yeni loqo köhnə loqodan bir qədər mavi rəngdədir.

Dəyişiklik ilk baxışdan nəzərə çarpmaya bilər.

Yuxarıdakı şəklin solunda köhnə loqonu, sağında isə yeni loqonu görə bilərsiniz. Yeni loqo indi bir az daha mavidir və “f” hərfində bəzi incə dəyişikliklər var.

Qeyd edək ki, loqo “Meta”nın etdiyi tək dəyişiklik deyil. Mətn formatında, rəng palitrasında və animasiya reaksiyalarında da irili-xırdalı dəyişikliklər edilib.

Fuad Mədətov
Fins.az