Tibb

18 Sentyabr

Alibaba-nın yeni Türkiyə investisiya planı

Çinin e-ticarət nəhəngi Alibaba, qarşıdakı dövrdə Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Alibaba-nın səhmdarı olduğu Trendyol-un verdiyi açıqlamaya görə,  İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Alibaba Qrupunun prezidenti Maykl Evans deyib ki, bu günə qədər Trendyol vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyulub və "Trendyol" 'un beynəlxalq böyümə strategiyasını dəstəkləyirlər.

Alibaba Qrupunun prezidenti Maykl Evans Türkiyəyə etməyi planlaşdırdıqları sərmayələr haqqında prezident Ərdoğana məlumat verib, Ankaradakı data mərkəzi və logistika mərkəzi və İstanbul Hava Limanında həyata keçirdikləri ixrac əməliyyat mərkəzi kimi yeni investisiyalar haqqında təfərrüatları paylaşıb.

Türkiyənin dünyanın qabaqcıl e-ixrac ölkəsi olmaq potensialına malik olduğunu bildirən Evans, “qarşıdakı dövrdə” ölkəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırdıqlarını qeyd edib. Açıqlamada investisiya təqvimi ilə bağlı daha ətraflı məlumat verilməyib.

Alibaba 2018-ci ildə Trendyol-a investisiya qoymaq qərarına gəlib. Trendyol-un Bloomberg-ə verdiyi məlumata görə, hazırda Çin şirkətinin payı 76,1 faiz təşkil edir.

 

Günel Məlikzadə 
Fins.az