Tibb

13 Sentyabr

İphone 15-in qiymətləri

ABŞ-ın texnologiya nəhəngi Apple, Wonderlust tədbirində maraqla gözlənilən iPhone 15 seriyasını və Apple Watch ailəsinin yeni məhsullarını təqdim etdi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bundan sonra iPhone 15 də daxil olmaqla bütün modellərdə artıq "Dinamik Ada" olacaq. 128 GB yaddaşa malik "iPhone 15"in qiyməti 799 dollar olacaq. Böyük ekranlı "iPhone 15 Plus"un qiyməti isə 899 dollardan başlayır. "Apple" həmçinin "iPhone 15 Pro" və "15 Pro Max"ı təqdim edib. Smartfonlar titan korpus və yenilənmiş kamera sistemi ilə təmin edilib. "iPhone 15 Pro" 999 dollardan, "Pro Max" versiyası isə 1199 dollara başa gələcək.

Günel Məlikzadə 
Fins.az