Tibb

08 Sentyabr

Çinin "Apple" bazarına zərbəsi

ABŞ-ın texnologiya nəhənglərindən olan “Apple”ın bazar dəyəri Çinin dövlət qurumlarında “iPhone” istifadəsinə qadağa qoyması iddialarından sonra iki gündə 200 milyard dollar azalıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Apple-ın səhmlərinin dəyəri son iki gündə 6 %-dən çox ucuzlaşıb.

Bildirilib ki, Çin dövlət strukturlarında və dövlət şirkətlərində iPhone istifadəsinə qoyulan qadağanı genişləndirməyi planlaşdırır. Bu tədbir Pekin administrasiyasının texnologiyadan xaricdən asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq üçün son səylərinin bir hissəsi hesab olunur.

ABŞ və Çin arasındakı gərginliyə baxmayaraq, Apple 22 %-lə Çində smartfon satışında ən böyük paya sahibdir.

Bank of America hesab edir ki, Çin Apple-ın illik iPhone satışlarının 50 milyonunu təşkil edir və belə bir qadağa Apple-a ildə 5-10 milyon ədədə başa gələ bilər.

Zəminə Hüseyn
Fins.az