Tibb

04 Sentyabr

TSMC bu il Apple üçün eksklüziv 3nm prosessor istehsal edəcək

Tayvanlı çip istehsalçısı TSMC bu il Apple-a üstünlük verəcək.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, çip istehsalçısı 2023-cü ildə iPhone 15 və iPhone 15 Pro-dan başlayaraq yalnız Apple üçün 3nm prosessorlar istehsal edəcək.

Şirkət 2024-cü ildə digər istehsalçılar üçün 3 nanometrlik çip istehsalına başlayacaq.

Apple-ın artıq iPhone 15 seriyası da daxil olmaqla TSMC 3nm çiplərinin əsas müştərisi olacağı gözlənilsə də, Intel-in ilin sonuna doğru sifariş verəcəyi deyilir.

Beləliklə, TSMC-nin ən qabaqcıl çipləri 2023-cü ildə Apple üçün eksklüziv olacaq.

Zəminə Hüseyn
Fins.az