Tibb

04 Sentyabr

Lenovo Legion ağıllı eynəklərini təqdim etdi

Oyunçular üçün iddialı sistem və avadanlıqları elan edən Lenovo-nun Legion Eynəyi Go konsolu üçün hazırlansa da, müxtəlif cihazlarla da işləyə biləcək.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Lenovo Legion Eynəyi iki mikro-OLED Full HD ekrana malikdir.

Ekranların yeniləmə sürəti 60 Hz və baxış bucağı 100 dərəcədir. Eynək bir kamera, iki mikrofon və iki dinamiklə tamamlanır.

Eynəklər USB Type-C vasitəsilə xarici mənbələrə qoşula bilər. Windows, macOS və Android cihazları ilə uyğun gəlir. 

Lenovo Legion Eynəkləri həm də günəş eynəyi rolunu oynayır. Eynək 499 dollara satılacaq.

Zəminə Hüseyn
Fins.az