Tibb

31 Avqust

Instagram Reels videoları 10 dəqiqə olacaq

Instagram Reels qısa video platforması 3 dəqiqəyə qədər videolarla məhdudlaşmışdı.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Reels videoları üçün vaxt limiti 10 dəqiqəyə qədər artırılıb.

Videolar üçün vaxt məhdudiyyətinin uzadılması, xüsusən də qısa dərsliklər, eskizlər və ya reseptlər üçün faydalıdır.

Meta-nın da təsdiqlədiyi yeniləmə hazırda sınaqdan keçirilir. Hələ ictimai beta versiyası yoxdur. İlin sonuna qədər Instagram Reels yeni funksiyanı istifadəçilərə təqdim etməyə başlayacaq.

Zəminə Hüseyn
Fins.az