Tibb

30 Avqust

Apple sentyabrın 12-də iPhone 15 seriyasını təqdim edəcək

Apple Sentyabrın 12-də keçirəcəyi tədbir çərçivəsində iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, iPhone 15 Pro Max, Apple Watch 9 Series və yeni cihazları təqdim edəcək.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Apple-ın ilk 3 nanometrlik çipi olan Bionic A17-nin iPhone 15 Pro və Pro Max-da nümayiş olunacağı gözlənilir.

Bu çiplərin hazırkı çiplərdən daha çox enerjiyə qənaət etməsi gözlənilir ki, bu da batareyanın ömrünü əhəmiyyətli dərəcədə artırır.

Apple-ın ilk dəfə olaraq iPhone-da şarj standartını dəyişəcəyi gözlənilir. Çünki AB qaydalarına əməl etməli olan şirkət iPhone 15 seriyası ilə Type-C şarj standartına keçəcək.

Zəminə Hüseyn
Fins.az