Tibb

28 Avqust

Lenovo Legion GO yaxın zamanda təqdim olunacağı gözlənilir

Lenovo şirkəti özünün Legion brendi altında portativ oyun konsolu üzərində çalışır və o, Lenovo Legion GO adını əldə edəcək.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, insayderlər onun bəzi texniki göstəricilərini təqdim ediblər.

Beləliklə təqdim edilmiş məlumatlara əsasən Lenovo Legion GO konsolu 2560x1600 piksel kefiyyətli ekrana sahib olacaq. O özündə 16 GB-lıq RAM-ı və 256/512 GB-lıq SSD-ni birləşdirəcək. Lenovo Legion GO bazara iki versiyada satışa çıxacaq və onlar öz aralarında prosessor növü ilə fərqlənəcəklər. Belə ki, birinci versiya AMD Ryzen Z1, ikinci versiya isə Ryzen Z1 Extreme prosessorunu əldə edəcək. Qeyd etmək lazımdır ki, ASUS ROG Ally adlı portativ oyun konsolunda da məhz bu prosessorlardan istifadə edilir. Lenovo Legion GO-ya gəldikdə isə onun yaxın zamanda təqdim olunacağı gözlənilir.