Tibb

28 Avqust

Huawei şirkəti smart masa lampasını təqdim edib

Bir çox istehlakçı elektronikası kateqoriyasında məhsulları olan Huawei-nin sərmayə qoyduğu sahələrdən biri də stolüstü lampalardır.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət Darren ilə əməkdaşlıq nəticəsində ağıllı stolüstü lampa təqdim edir.

Huawei və Darren arasında əməkdaşlıq nəticəsində yaradılan stolüstü lampa xüsusi işıqlandırma sistemi ilə təchiz edilib. Üçüncü nəsil SSDT stereoskopik işıq texnologiyası interyerdə 96 işıqlandırma vahidi yerləşdirir və işıq əhatəsini 100 faizə qədər artırır. Beləliklə, kölgələr yarıya qədər azaldıldığı halda, 1,2 metrə qədər çox sıx işıqlandırma təmin edir.

210 x 480 x 250 mm ölçüdə olan lampanın boynu 60 dərəcə irəli-geri hərəkət edə bilir. Onun başı 160 dərəcə yuxarı və aşağı, 170 dərəcə sola və sağa fırlana bilir. Təkrar emal oluna bilən materialdan hazırlanan lampa sınaqdan keçirmək istəyənlər üçün 45 dollar qiymətə satılacaq. Sınaq müddətindən sonra 58 dollara yüksələcək.

Zəminə Hüseyn
Fins.az