Tibb

28 Avqust

Realme Buds T300 təqdim edildi

Realme yeni simsiz qulaqlıq təqdim etdi.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyada Çin markası tərəfindən rəsmiləşdirilən Realme Buds T300 adlı model, aşağı qiymətə təqdim edilib.

Simsiz qulaqlıqlar aydın və balanslı səs təklif etdiyi iddia edilən 12,4 mm dinamik sürücülərlə təchiz olunub.

Qeyd etmək lazımdır ki, Realme Buds T300 IP55 reytinqi sayəsində toza və suya davamlıdır. Onun ən mühüm xüsusiyyətlərindən biri fon səs-küyünü effektiv şəkildə bloklayan 30 dB aktiv səs-küyün ləğvi (ANC) sistemi ilə təchiz edilməsidir. Bundan əlavə, 360 dərəcə məkan audio dəstəyi də mövcuddur.

Yeni simsiz qulaqlıqlar qara və ağ rəng seçimlərində təqdim olunur. Qiyməti 33 dollardır. Realme Buds T300 28 avqust İndoneziyada satışa çıxarılacaq. Digər ölkələrdə nə vaxt buraxılacağı bilinmir.

Zəminə Hüseyn
Fins.az