Tibb

25 Avqust

Galaxy Tab S9 FE planşetləri barəsində yeni məlumatlar təqdim edilib

Samsung-un Macarıstan üzrə şöbəsi öz saytında Galaxy Tab S9 FE planşet seriyası barəsində məlumatları paylaşıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, planşet seriyasına Galaxy Tab S9 FE və Tab S9 FE+ modelləri daxil olacaqlar. Planşetlər Wi-Fi və 5G dəstəkli versiyalarda satışa çıxacaqlar.

Paylaşılmış yeni məlumatlara əsasən isə Galaxy Tab S9 FE planşetləri 8/12 GB RAM və 128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaqlar. Yeni planşetlər boz, lavanda, nanə və gümüş gövdə rənglərində satılacaq. Galaxy S23 FE modeli 10.9 düym, Galaxy S23 FE+ modeli isə 12.4 düym ekranla təchiz olunacaq. Planşetlərin Exynos 1380 prosessoru vasitəsilə çalışacaqları gözlənilir. Galaxy Tab S9 FE planşet seriyasının nə zaman təqdim olunacağı bilinmir.