Tibb

24 Avqust

PlayStation Portal və yeni qulaqlıqlar təqdim edildi

Sony bu ilin sonunda portativ PlayStation PlayStation Portal Remote Player-i rəsmi olaraq təqdim edir.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, portativ cihaz PS5 oyunlarını Wi-Fi üzərindən yayımlayacaq və saniyədə 60 kadr sürətində 1080p təsvir ölçülü səkkiz düymlük LCD displeyə sahib olacaq.

Sony, həmçinin cihaza uyğun gələn Pulse Elite və Pulse Explore qulaqlıqlarını elan etdi.
Sony, PlayStation Portalın bu ilin sonunda 199,99 dollara satılacağını açıqladı. 

Zəminə Hüseyn
Fins.az