Tibb

23 Avqust

Apple Vision Pro-nun hansı həcmdə daxili yaddaşa sahib olacağı məlum olub

Apple şirkəti özünün qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı Vision Pro-nu iyun ayında baş tutmuş WWDC 2023 konfransında təqdim etmişdi.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, satışlara gələn ilin əvvəlində start veriləcək.

Təqdimat zamanı şirkət MR cihazın texniki tərəfi barəsində elə də çox məlumat verməmişdi. Lakin insayderlər tədricən bu məlumatları təqdim edirlər.

Məlumata əsasən iPhoneSoft adlı resurs Vision Pro-nun testində iştirak etmiş şəxslərdən biri ilə söhbət edib. Məlumatda qeyd edilib ki, həmin şəxs MR cihazın sistem ayarları ilə tanış ola bilib. Məlumata əsasən testdə iştirak etmiş şəxs Vision Pro-nun bir neçə versiyasını test edib və onların hamısı 1 TB daxili yaddaş həcminə sahib olublar. Çox güman ki, Apple Vision Pro-nun müxtəlif daxili yaddaş həcmlərinə sahib versiyalarını satışa çıxaracaq. Lakin söhbətin hansı həcmdə daxili yaddaşlardan getdiyi bilinmir.